Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" Türkiyə kubokunda ilk oyununu keçirib.
Bizim.Media xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin komandası səfərdə Arda Turanın çalışdırdığı "Eyüpspor"la qarşılaşıb.
Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Vüsal həmin oyuna start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.
"Eyüpspor"un qələbə qolunu isə matçın 70-ci dəqiqəsində Ahmed Kutucu vurub.
Qeyd edək ki, "Boluspor" turnir cədvəlində 6 komanda arasında sonuncu yerdə qərarlaşıb.
Bizim.Media