"Kəpəz" futbolçusu Orxan Əliyevin transferi ilə bağlı “Turan Tovuz”la razılıq əldə edib.
Bizim.Media xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçi karyerasını Tovuz komandasında davam etdirəcək.
Bununla bağlı "Turan Tovuz" da açıqlama yayıb. Bildirilib ki, 29 yaşlı futbolçu ilə 2025-2026-cı illər mövsümünün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, Orxan Əliyev hazırkı mövsümün əvvəlindən "Kəpəz"də oynayırdı. Orta xətt oyunçusu çempionatda 15 matçda 4 qol vurub. Azərbaycan Kubokunda 1 görüşdə meydanda olub. 29 yaşlı futbolçu 2015-2016 və 2016-2017-ci illər mövsümündə də "sarı-göylər"in şərəfini qoruyub.
Bizim.Media