"Mançester Siti" və "Barselona"nın sabiq futbolçusu Yaya Ture UEFA Pro kateqoriyasını alıb.
Bizim.Media xəbər verir ki, bu bərədə 41 yaşlı sabiq futbolçunun özü sosial şəbəkə hesablarında paylaşım edib.
Sözügedən kateqoriyanı aldıqdan sonra Ture artıq yüksək liqa klublarında və əsas milli komandada baş məşqçi kimi işləyə bilər. Buna qədər isə o, köməkçi məşqçi vəzifəsini yerinə yetirib.
Qeyd edək ki, hazırda Yaya Ture Səudiyyə Ərəbistan millisinin məşqçisidir.
Bizim.Media