"İnter Mayami"nin argentinalı futbolçusu Lionel Messi ABŞ Prezidenti Co Bayden tərəfindən Azadlıq medalı ilə təltifedilmə mərasiminə qatılmaqdan imtina edib.
Bizim.Media xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.
Messi işinin çoxluğu səbəbindən Ağ Evdə keçirilən rəsmi tədbirə gələ bilməyib.
Qeyd edək ki, Azadlıq medalı ABŞ prezidenti tərəfindən vətəndaşlara təqdim edilən ən yüksək mükafatdır.
Xatırladaq ki, ulduz hücumçu dekabrın 11-də Azərbaycana səfər edərək bir sıra tədbirlərdə iştirak edib.
Bizim.Media