"Turan Tovuz" İvan Konovalovu komandada saxlamaq istəyir.
Bizim.Media xəbər verir ki, Tovuz təmsilçisi rusiyalı qolkiperlə müqavilə müddətini artırmağı planlaşdırır.
30 yaşlı qapıçı bu mövsüm özünü yaxşı tərəfdən göstərdiyi üçün ona təkliflər artmaqdadır. “Turan Tovuz” isə İvana buraxmayaraq, yeni sezon da qapını ona həvalə etmək istəyir. Tərəflərin müqavilə müddətini artıracağı gözlənilir.
30 yaşlı qapıçı 2024-cü il iyulun 1-də “Turan Tovuz”la müqavilə imzalayıb. O, 2025-ci il iyunun 30-na qədər Qərb təmsilçisinə məxsusdur.
“Spartak”ın (Moskva) yetirməsi olan Konovalov “Amkar”, “Astraxan”, “Rubin”, “Ural”, “Baltika” (hamısı Rusiya)“Radniçki”, “Baçka”(hər ikisi Serbiya), “Torpedo-BelAZ”(Belarus), “Livinqston”(Şotlandiya), “Tobol”(Qazaxıstan), komandalarının qapısını qoruyub.
Rəşad Rafiqoğlu, Bizim.Media