"Barselona"nın futbolçuları Daniel Olmo və Pau Viktorun La Liqada qeydiyyatdan keçirilməsi ilə bağlı yeni qərar qəbul edilib.
Bizim.Media xəbər verir ki, bu barədə La Liqanın mətbuat xidməti məlumat yayıb.
La Liqa və İspaniya Futbol Federasiyası 26 yaşlı yarımmüdafiəçini və 23 yaşlı vingeri qeydiyyatdan keçirməkdən imtina edib.
Sözügedən qurumların yaydığı məlumatda bildirilib:
“Barselona" 3 yanvar 2025-ci il tarixində iqtisadi nəzarətlə bağlı tələblərə əməl etdikdən və müvafiq sənədləri La Liqaya təqdim etdikdən sonra Büdcə Yoxlama Təşkilatı idman komandasının xərcləmə limitinin yuxarıda qeyd olunan tarixdən uzadılmasına qərar verib.
Monitorinq Komissiyası bütün bunları nəzərdən keçirdikdən sonra maddələrə uyğun olaraq, oyunçular Daniel Olmo və Pau Viktora müvəqqəti viza və ya yekun lisenziyanın verilməməsi qərarını qəbul edib".
Qeyd edək ki, "Barselona" Olmonu və “Jirona”dan alınan Pau Viktoru yalnız 2024-cü ilin sonuna kimi qeydiyyatdan keçirə bilmişdi.
Geridə qalan 6 ay ərzində Olmo bütün yarışlarda 15 oyun keçirib, 6 qol vurub və 1 məhsuldar ötürmə edib. Pau Viktor isə 17 oyunda 2 dəfə fərqlənin, bir qolun isə ötürməsini verib.
Bizim.Media
- A-
- A
- A+
İdman
03:42 / 05.01.2025
La Liqa "Barselona"nın futbolçularına lisenziya vermədi
Hazırda oxunan: La Liqa "Barselona"nın futbolçularına lisenziya vermədi
Hazırda oxunan: La Liqa "Barselona"nın futbolçularına lisenziya vermədi
228482
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.