"Araz-Naxçıvan" heyətini daha bir legionerlə gücləndirmək istəyir.
Bizim.Media xəbər verir ki, Naxçıvan təmsilçisinin qış “transfer pəncərəsi” zamanı heyətinə qatdığı oyunçulardan biri braziliyalı ola bilər.
Hazırda Premyer Liqada ikinci pillədə qərarlaşmış komandanın məşqçilər korpusu Alan Lima Kariusla maraqlanır. Səudiyyə Ərəbistanının birinci liqa təmsilçisi “Əl-Ədalah”da oynayan 27 yaşlı yarımmüdafiəçi özü də Azərbaycana gəlməkdə maraqlıdır. İndi də tərəflər arasında danışıqlar davam edir.
Karius yaxın vaxtlarda “Araz-Naxçıvan”a yekun qərarını deməlidir. “Vasko da Qama”nın yetirməsi olan braziliyalı peşəkar karyerasına “Volta Redondo”da başlayıb. O, “LASK Linz”, “Vila Nova”, “Sankt-Pölten”, “Kasımapaş”, “Tuzlaspor”, “Kyoto Sanqa”, “Əl-Najma” kimi klublarda çıxış edib. Alannın “Əl-Ədalah”la müqavilə müddəti 2025-ci il iyulun 5-nə qədərdir.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
21:08 / 04.01.2025
“Araz Naxçıvan” braziliyalı legionerlə danışıq APARIR
Hazırda oxunan: “Araz Naxçıvan” braziliyalı legionerlə danışıq APARIR
Hazırda oxunan: “Araz Naxçıvan” braziliyalı legionerlə danışıq APARIR
228476
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.