Misir millisinin hücumçusu Məhəmməd Salah yeni açıqlaması ilə diqqət mərkəzinə düşüb.
Bizim.Media İngiltərə mətbuatına istinadən xəbər verir ki, o, “Sky Sport”a müsahibəsində hazırkı klubu “Liverpul”da son mövsümü keçirdiyini deyib.
Qeyd edək ki, daha öncə tərəflərin 2025-ci ilin iyununda başa çatacaq müqaviləni uzatmağa yaxın olduğu barədə məlumatlar yayılmışdı.
Salah isə son açıqlamasında bunu təkzib edərək bildirib: “Hələ ki, bu, “Liverpul”dakı son mövsümümdür. Klubdan kimsə mənimlə danışmayıb. Ortada hər hansı bir irəliləyiş yoxdur.
Bundan çox uzağıq. Sadəcə, gözləyəcəyik”.
Salah bu mövsüm “Liverpul”da uğurlu bir mövsüm keçirir. O, bütün turnirlərdə meydana çıxdığı 26 oyunda 20 qol vurub, 17 qolun ötürməsini edib.
Misirli futbolçu 2017-ci ildən “Liverpul”un üzvüdür.
Bizim.Media
- A-
- A
- A+
İdman
19:11 / 04.01.2025
Salah “Liverpul”dan ayrılmağa yaxındır
Hazırda oxunan: Salah “Liverpul”dan ayrılmağa yaxındır
Hazırda oxunan: Salah “Liverpul”dan ayrılmağa yaxındır
228464
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.