"Mançester Yunayted" "köstəbəy"i axtarır

Hazırda oxunan: "Mançester Yunayted" "köstəbəy"i axtarır

228384

"Mançester Yunayted"in oyunçuları komandanın daxilindəki bir çox məsələlərin mətbuata sızdırılmasından narahatdırlar.

Bizim.Media xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Futbolçular komandanın daxilindəki "köstəbəy"i axtarırlar. "Qırmızı şeytanlar"dan xaricə məlumat sızması halları keçmiş baş məşqçi Erik ten Haqın dövründə başlayıb və hazırkı çalışdırıcı Ruben Amorimin rəhbərliyi altında da davam edir.

Vurğulanır ki, “Mançester Yunayted”in ən nüfuzlu oyunçuları “super detektivlərə” çevrilib və mediaya məlumat sızdıran şəxsi tapmağa çalışırlar.

Qeyd edək ki, "Mançester Yunayted"də hazırda böhran hökm sürür. Komanda Premyer Liqadakı nəticələrini yaxşılaşdıra bilmir. Onlar turnir cədvəlində 22 xalla 14-cüdürlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin