Messi “Lionel 10” adlı şərab brendini yaratdı - FOTO

Hazırda oxunan: Messi “Lionel 10” adlı şərab brendini yaratdı - FOTO

227541

Argentina millisinin və “İnter Mayami”nin hücumçusu Lionel Messi özünün premium şərab brendini ictimaiyyətə təqdim edib.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, o, bu işdə Amerikanın “Mmwinemaker” şərab zavodu ilə əməkdaşlıq edib.

Təqdimatda biri ağ etiketli, digəri qara etiketli olmaqla iki növ təqdim edilib. Hər ikisində futbolçunun silueti əks olunub. 

Forvard brendinə “Lionel 10”  adını verib. Bir şüşəsinin qiyməti isə 60,32 avrodur.

Qeyd edək ki, Messi bu mövsüm klubu bütün yarışlarda 22 oyun keçirib, 21 qol vurub, 18 məhsuldar ötürmə edib. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2025-ci ilin qışına qədərdir. 

“Transfermarkt” portalına görə 37 yaşlı futbolçunun transfer dəyəri 20 milyon avrodur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin