Məşhur şahmatçı dünya çempionatından qovuldu

Hazırda oxunan: Məşhur şahmatçı dünya çempionatından qovuldu

227415

Nyu-Yorkda keçirilən şahmatın rapid və blits növləri üzrə dünya çempionatında qalmaqal baş verib.

Bizim.Media xəbər verir ki, bu növlər üzrə son dünya çempionu Maqnus Karlsen yarışlardan kənarlaşdırılıb.

Norveçli şahmatçının geyimi turnirin statusuna uyğun hesab edilməyib. Bu üzdən ona geyimini dəyişmək və cərimə ödəmək tələbi qoyulub. Maqnus geyimini dəyişməyə razı olmayıb. Nəticədə yarışların baş hakimi Aleks Qolovçak onu turnirdən kənarlaşdırıb.

Buna səbəb Karlsenin yarışa cins şalvarda gəlməsi olub. Norveçli şahmatçının özü vəziyyəti belə şərh edib:

“Aydındır ki, bu, mənim ən yaxşı turnirim deyildi. Dünən çətin gün idi, bir oyunda uduzdum, daha bir neçə dəfə məğlub ola bilərdim, yaxşı oynamırdım və vəziyyət nəzarətdə deyildi. Amma yaxşı yatıb, yaxşı yemək yedim. Tura gecikirdim, ona görə də köynək, üstündən də pencək geyindim və düzünü desəm, cins şalvar haqqında heç düşünmədim. Hətta ayaqqabılarımı da dəyişdim”.

Karlsen geyiminə görə əvvəlcə cərimələndiyini normal qəbul edib:

“Sonra mənə xəbərdarlıq gəldi ki, 3-cü turdan sonra bu gün paltarımı dəyişməliyəm. Cavab verdim ki, məqbul olarsa, sabah dəyişərəm. Cavab verdilər ki, ya indi paltarını dəyişəcəksən, ya da... O an mənim üçün vəziyyət prinsipial oldu və indiki vəziyyətə gəldik!”. Qeyd edək ki, dünya çempionatına 300-ə yaxın şahmatçı qatılıb. Kişilərin yarışında 180, qadınların mübarizəsində isə 109 iştirakçı çıxış edir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin