Azərbaycanda səkkiz futbolçu HƏBS OLUNDU

Hazırda oxunan: Azərbaycanda səkkiz futbolçu HƏBS OLUNDU

227326

Azərbaycanın I Liqasında çıxış edən "Mingəçevir" klubunun səkkiz futbolçusu oyun alqı-satqısı ilə bağlı mühafizə orqanları tərəfindən saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “oxu.az”a açıqlamasında AFFA-nın mətbuat katibi Elnur Məmmədli məsələdən xəbərdar olduqlarını və hazırda araşdırma aparıldığını bildirib. 
 

"AFFA bu məsələlərdə daim sərt mövqe tutub və bundan sonra da oyunların manipulyasiya edilməsinə qarşı ciddi mübarizə aparacaq. Bəli, dediyiniz məsələdən xəbərdarıq. Sadəcə hazırda araşdırma getdiyindən məsələ ilə bağlı geniş açıqlama verə bilməyəcəyik. Araşdırma yekunlaşdıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək", - deyə E.Məmmədli bildirib. 


Qeyd edək ki, "Mingəçevir" klubunun futbolçuları ilə yanaşı, "Şamaxı"nın da keçmiş iki futbolçusu Adil Nağıyev və Georgi Kantariya ilə bağlı araşdırmalara başlanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin