“Qalatasaray” “Mançester Siti”nin üzvü ilə MARAQLANIR

Hazırda oxunan: “Qalatasaray” “Mançester Siti”nin üzvü ilə MARAQLANIR

227057

Türkiyənin "Qalatasaray" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi icarə əsasında "Benfika"da çıxış edən İssa Kaboreni transfer etmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
 

"Qalatasaray" burkina fasolu sağ cinah müdafiəçisi üçün onun müqavilə ilə məxsus olduğu "Mançester Siti"yə 6 milyon avro təklif edib. "Sarı-qırmızılar"ın 23 yaşlı oyunçunun keçidini yekunlaşdırmağa yaxın olduğu bildirilir.


Qeyd edək ki, İssa Kabore bu ilin sentyabr ayından "Benfika"da çıxış edir.

Burkina Faso millisinin üzvü Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb. Onun "Mançester Siti" ilə müqaviləsi 2027-ci ilin yayına kimidir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin