Daha bir futbolçu “Sumqayıt”ı TƏRK EDİR

Hazırda oxunan: Daha bir futbolçu “Sumqayıt”ı TƏRK EDİR

227049

"Sumqayıt"da ayrılan futbolçuların sayı artmaqdadır. 

Bizim.Media xəbər verir ki, Fernando Medeiros, Rəhim Sadıxov və Cordan Rezabaladan sonra növbə Kristian Velinovskiyə çatıb.
 

Uzunmüddətli zədədən qayıdan yarımmüdafiəçi ümidləri doğrultmur. Makedoniyalı legionerə yaya kimi qüvvədə olan müqavilənin qarşılıqlı razılıq əsasında pozulması təklif olunub. 


Və o da ilkin razılığını verib. 25 yaşlı futbolçu bu mövsüm 2 görüşdə meydana çıxıb. Velinovski 2023-cü ilin sentyabr ayından "Sumqayıt"ın şərəfini qoruyur. O, arxada qalan müddətdə cəmi 7 oyun keçirib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin