İngiltərənin "Arsenal" klubunun heyətində ciddi itki baş verib.
Bizim.Media xəbər verir ki, London təmsilçisində Bukayo Saka sıradan çıxıb.
İngiltərəli vinger Premyer Liqanın 17-ci turunun "Kristal Pelas"la matçının (5:1) 24-cü dəqiqəsində zədələnərək meydanı tərk edib.
"Arsenal"ın baş məşqçisi Mikel Arteta ayaq əzələsindən zədə alan 23 yaşlı ön xətt oyunçusunun durumunun ciddi olduğunu və onun uzun müddət komandaya kömək edə bilməyəcəyini deyib. Yerli mətbuatın məlumatına görə, futbolçu təxminən 6 həftə yaşıl meydanlardan kənar qalacaq.
Qeyd edək ki, Bukayo Saka "Arsenal"ın yetirməsidir. İngiltərə millisinin üzvü bu mövsüm "topçular"ın heyətində meydana çıxdığı 24 rəsmi matçda 9 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
01:00 / 24.12.2024
“Arsenal”ın aparıcı oyunçusu ZƏDƏLƏNDİ
Hazırda oxunan: “Arsenal”ın aparıcı oyunçusu ZƏDƏLƏNDİ
Hazırda oxunan: “Arsenal”ın aparıcı oyunçusu ZƏDƏLƏNDİ
226679
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.