Türkiyəli iş adamı Fransada futbol klubu aldı

Hazırda oxunan: Türkiyəli iş adamı Fransada futbol klubu aldı

226429

Türkiyəli iş adamı Tarkan Ser Fransanın ilk futbol klublarından olan, 1899-cu ildə qurulan "Ruan" komandasını alıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

"Ölkə futbolunun ayaqda qalması üçün ilk növbədə qloballaşmaq lazımdır. Fransadakı sərmayələrimiz arasında yer alan "Ruan" komandasının hazırda 20 mindən çox azarkeşi var.

Məqsədimiz Liqa 1-də mübarizə aparmaq, baxımlı heyət yaratmaq, keçmişdə çox istedadlı və uğurlu oyunçular yetişdirmiş "Ruan" komandasını köhnə əfsanəvi günlərinə gətirmək və infrastruktura önəm verməkdir", - deyə Tarkan Ser bildirib.

Qeyd edək ki, hazırda "Ruan" Fransanın üçüncü futbol divizionunda çıxış edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin