Kazanda bütün idman tədbirləri LƏĞV OLUNDU

Hazırda oxunan: Kazanda bütün idman tədbirləri LƏĞV OLUNDU

226349

Rusiyada Kazan şəhərinə pilotsuz təyyarə hücumunun olması Tatarıstanın idman həyatına da öz təsirini göstərib.

Bizim.Media xəbər verir ki, Tatarıstan Respublikasının hakimiyyət orqanları dekabrın 21 və 22-də regionda kütləvi tədbirləri ləğv ediblər. Qərarın təhlükəsizlik baxımından qəbul edildiyi bildirilir.

Nəticədə qadın voleybolçular arasında Rusiya çempionatı çərçivəsində “Dinamo – Ak Bars” və “Leninqradka” komandaları arasında sabah keçirilməli olan oyun təxirə salınıb.

Kişi voleybolçular arasında Rusiya çempionatının “Zenit-Kazan” – “Kuzbass” matçı bu gün tamaşaçısız keçiriləcək.

Dekabrın 20-də Kazanda başlayan qar voleybolu üzrə Rusiya çempionatının mərhələsi də davam etdirilməyəcək.

Bundan başqa, dekabrın 20-də Kontinental Hokkey Liqasında (KHL) "Ak Bars"a 3:1 hesabı ilə qalib gələn Minsk “Dinamo”su “Spartak”la nəzərdə tutulan oyun üçün Kazandan Daşkəndə uça bilməyib. Özbəkistan idmanı tarixində ilk dəfə orada KHL matçı keçirilməli idi. Uçuş saat 10:00-a planlaşdırılsa da, Kazan hava limanı uçuşlar üçün müvəqqəti bağlandığından bu, mümkün olmayıb.

Sabah ÇSKA ilə qarşılaşmalı olan "Nefteximik" hokkey komandası da Moskvaya təyin olunan vaxtda uça bilməyib. Nijnekamsk təmsilçisi Begişevo hava limanından saat 11:00-da uçmalı olsa da, Tatarıstan hava limanları müvəqqəti olaraq uçuşlar göndərmir və qəbul etmir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin