“Milan” baş məşqçisi Paulu Fonsekanı istefaya göndərməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, İtaliya təmsilçisi artıq yeni çalışdırıcının axtarışına da başlayıb.
Nəticələrdən narazı olan klub rəhbərliyi portuqaliyalının əvəzinə yerli mütəxəssis dəvət etməyi düşünür. Milanlıların əsas namizədləri Maurisio Sarri və Roberto Mançinidir. A seriyası təmsilçisi Massimiliano Alleqri variantını da nəzərdən keçirir.
Qeyd edək ki, A seriyasında 15 oyunda 23 xal toplayan “Milan” turnir cədvəlində 8-cidir.
Bizim.Media