Qurban Qurbanov Türkiyə klublarının təklifini qəbul etməyib

Hazırda oxunan: Qurban Qurbanov Türkiyə klublarının təklifini qəbul etməyib

226097

"Qarabağ"ın direktoru Emrah Çelikel Türkiyənin "Bein Sports" televiziyasına müsahibə verib.

Bizim.Media xəbər verir ki, klub rəsmisi Qurban Qurbanova Türkiyə və Avropa klublarından təklif gəldiyini, lakin baş məşqçinin Ağdam təmsilçisindən ayrılmaq istəmədiyini bildirib:

"Türkiyə klubları baş məşqçimizlə görüşmək istəyiblər. Amma Qurban Qurbanov klubdan ayrılmaq istəməyib. "Qarabağ"ın mənəvi yeri var. Qurban Qurbanov vətəninə, bayrağına çox bağlı olan insandır. 2008-ci ildən baş məşqçimizlə birlikdəyik və ayrılıq əsla müzakirə mövzusu olmayıb.

Biz də sonradan eşitmişik ki, Avropa klubları onunla görüşmək istəyib. Lakin Qurban Qurbanov onlara konkret cavab verib".

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin