İspaniyanın “Sevilya” klubu “Qarabağ”ın forvardı Olavio Juninyonun keçidini tamamlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə İspaniyanın “Ficherio.com” nəşri məlumat yayıb.
Nəşrin iddiasına görə, sambaçı ilə razılıq əldə olunub və transfer tamalanıb. Təkcə “Qarabağ”ın “hə” deməsi gözlənilir.
Mənbənin məlumatına görə, Olavio üçün Ağdam klubuna veriləcək məbləğ də bəllidir.
Əvvəlcə əndəlüslər bu keçid üçün 2 milyon avro xərcləmək istəsə də, təmsilçimiz bunu qəbul etməyib. La Liqa klubu keçidin reallaşması üçün “3+1” milyon avro ödəyəcək.
Bizim.Media