Klub prezidenti məşqçi və futbolçuları QOVDU

Hazırda oxunan: Klub prezidenti məşqçi və futbolçuları QOVDU

225937

Bosniya və Herseqovinanın “Sloboda Tuzla” klubunun prezidenti Azmir Husiç komandanın baş məşqçisi və futbolçuları qovub. 

Bizim.Media xəbər verir ki, funksioner uğursuz nəticələr səbəbindən bu addımı atıb. 

Azmir bu mövsüm 17 oyunun 15-də uduzan komandada köklü dəyişikliklər etməyə qərar verib.
 

Funksioner yenidən klubu quracaqlarını və liqada qalmaq üçün mübarizə aparacaqlarını bildirib. 


“Sloboda Tuzla” Bosniya və Herseqovina çempionatında 17 turdan sonra 2 xalla 12 komanda arasında sonuncudur.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin