Azərbaycan üzgüçüsü Yeqor Maynitski Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən beynəlxalq turnirdə 7 medal qazanıb.
Azərbaycan Üzgüçülük Federasiyasından Bizim.Media-ya bildiriblər ki, 14 yaşlı idmançı 50 metr məsafəyə brass üsulu ilə üzmədə bütün rəqiblərini üstələyərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
O, eyni üsulla 100 və 200 metr məsafələrə yarışda da birinci olub. Bundan başqa, Y.Maynitski 200 metr məsafəyə qarışıq üsulla üzmədə finişə hamıdan birinci çatıb. Digər məsafə və üzmə üsullarında da gücünü sınayan idmançı 400 metr məsafəni qarışıq üsulda, 50 metr məsafəni sərbəst üsulda 2-ci başa vurub. 50 metr məsafəni kəpənək üsulu ilə üzən idmançı 3-cü olub.
Beləliklə, Y.Maynitski ümumilikdə 4 qızıl, 2 gümüş və 1 bürünc mükafata sahib çıxıb və öz yaşıdları arasında yarışın ən yaxşı idmançısı adına layiq görülüb.
Bizim.Media
- A-
- A
- A+
İdman
10:54 / 18.12.2024
Üzgüçümüz beynəlxalq turnirdə 7 medal qazandı
Hazırda oxunan: Üzgüçümüz beynəlxalq turnirdə 7 medal qazandı
Hazırda oxunan: Üzgüçümüz beynəlxalq turnirdə 7 medal qazandı
225804
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.