"Fənərbaxça"nın futbolçusu Sebastian Şimanski karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, "Fiorentina" polşalı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Tutto Mercato" nəşri məlumat yayıb.
Florensiya klubunun skautları Şimanskini Avropa Liqası Liqa fazasının "Atletik"lə matçında (0:2) canlı olaraq izləyib. "Fiorentina" 25 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün 20 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, "Fənərbaxça" Sebastian Şimanskini ötən ilin yayında Moskva "Dinamo"sundan transfer edib.
Polşa millisinin üzvü bu mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin iyun ayına kimidir.
Rəşad Rafiqoğlu, Bizim.Media