Klub prezidenti baş məşqçi və bütün futbolçuları komandadan qovdu

Hazırda oxunan: Klub prezidenti baş məşqçi və bütün futbolçuları komandadan qovdu

225706

Bosniya və Herseqovinanın “Sloboda Tuzla” klubunun prezidenti Azmir Husiç baş məşqçi Zlatan Naliç və bütün futbolçuları komandadan qovub.

Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, buna ölkə çempionatındakı zəif nəticələr səbəb olub.

Komanda Premyer Liqada keçirdiyi 17 matçın 15-də uduzub, 2-də heç-heçə edib.

A.Husiç ölkəsinin mətbuatına açıqlamasında bu addımı atmaqla həyatının ən çətin qərarlarından birini verdiyini deyib. O, kollektivi yenidən formalaşdıracaqlarını və liqada qalmaq üçün mübarizə aparacaqlarını bildirib.

Qeyd edək ki, 1919-cu ildə əsası qoyulan "Sloboda Tuzla" hazırda turnir cədvəlində sonuncu pillədədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin