Premyer Liqa: Bu gün iki görüş keçiriləcək

Hazırda oxunan: Premyer Liqa: Bu gün iki görüş keçiriləcək

225200

Bu gün Misli Premyer Liqasında XVII tura start veriləcək.

Bizim.Media xəbər verir ki, ilk oyun günü 2 qarşılaşma keçiriləcək.
 

Əvvəlcə "Şamaxı" doğma meydanda autsayder "Səbail"i sınağa çəkəcək. Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq matç saat 14:00-da başlayacaq.


Günün növbəti görüşündə isə lider "Araz-Naxçıvan" "Sabah"la münasibətlərinə aydınlıq gətirəcək. Start fiti saat 16:30-da səslənəcək oyun "Liv Bona Dea Arena"da reallaşacaq.

Qeyd edək ki, turnir cədvəlinə 39 xalla "Araz-Naxçıvan" başçılıq edir. "Sabah" 23 xalla beşinci, "Şamaxı" isə 13 xalla yeddinci sırada qərarlaşıb. 8 xala malik "Səbail" isə sonuncu - onuncu sırada yer alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin