Türk azarkeşlər Avroliqanın bu oyununa BURAXILMAYACAQLAR

Hazırda oxunan: Türk azarkeşlər Avroliqanın bu oyununa BURAXILMAYACAQLAR

225165

Avropa Liqasının 8-ci turunda keçiriləcək "Tvente" - "Beşiktaş" matçına İstanbul klubunun azarkeşləri buraxılmayacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Niderland mətbuatı məlumat yayıb. Ölkə polisi sözügedən matçı "yüksək risk" tədbir kimi qiymətləndirir.

Bu səbəbdən Enshede şəhərinin bələdiyyəsi İstanbul klubunun azarkeşlərinin stadiona buraxılmasına qadağa qoyub. Bələdiyyənin verdiyi açıqlamada “qara qartallar”ın azarkeşlərinin sözügedən şəhərdə sərbəst səyahət etmələrinin riskli olduğu vurğulanıb.

Qeyd edək ki, sözügedən oyun yanvarın 30-u Enshede şəhərində, "De Grolsch Veste" stadionunda keçiriləcək.

Xatırladaq ki, Avropa Liqasının 3-cü turunda keçirilən "Lion" - "Beşiktaş" matçında da (0:1) İstanbul təmsilçisinin azarkeşlərinə səfər qadağası qoyulmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin