“Qarabağ” bu legioneri komandada SAXLAYACAQ

Hazırda oxunan: “Qarabağ” bu legioneri komandada SAXLAYACAQ

225005

"Qarabağ" legionerlərindən daha biri ilə danışıqlara başlayıb.

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi Mateus Silvanı buraxmaq niyyətində deyil.

Belə ki, onun müqavilə müddəti artırıla bilər. Artıq klub ona yeni müqavilə təklif edib. Qurban Qurbanov Mateus Silvanın komandada qalmasını istəyib. Məlumata görə, braziliyalı da "Qarabağ"dan ayrılmaq niyyətində deyil.

Mateusun Azərbaycan çempionu ilə müqavilə müddətinin daha iki il artırılacağı gözlənilir.

Qeyd edək ki, Mateus 2023-cü il avqustun 21-də "Qarabağ"a keçib. Onun Ağdam klubu ilə sözləşməsi 2025-ci il iyunun 30-na qədərdir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin