UEFA Ermənistanı CƏZALANDIRDI

Hazırda oxunan: UEFA Ermənistanı CƏZALANDIRDI

224937

UEFA Ermənistan Futbol Federasiyasını cəzalandırıb.

Bizim.Media xəbər verir ki, buna Millətlər Liqasının noyabrın 14-də keçirilən Ermənistan – Farer adaları oyununda baş verənlər səbəb olub.

Qarşılaşma zamanı meydan sahiblərinin azarkeşləri qadağan olunmuş bannerlər qaldırıblar, həmçinin pirotexniki vasitələrdən istifadə ediblər. UEFA Ermənistanı bannerlərə görə 17 min 500, pirotexniki vasitələrə görə 20 min avro cərimələyib. Yığma növbəti ev oyununu qismən qapalı stadionda keçirəcək. Həmin görüşdə ümumilikdə tribunalardakı 500 yer bağlanacaq.

Komandanın ev oyunlarına 2 illik sınaq müddəti də təyin olunub.

Qeyd edək ki, Ermənistan Farer adalaerı ilə ev matçında 0:1 hesabı ilə uduzub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin