Avropada FİFA-dan NARAZIDIRLAR

Hazırda oxunan: Avropada FİFA-dan NARAZIDIRLAR

224831

Avropanın aparıcı ölkələri FİFA-nın qərarından narazıdırlar.

Bizim.Media xəbər verir ki, bu barədə "The Mirror" nəşri məlumat yayıb. 

FİFA bu gün keçirəcəyi konqresdə 2034-cü il dünya çempionatına ev sahibliyi edəcək ölkəni açıqlayacaq. Lakin turnirə Səudiyyə Ərəbistanın ev sahibliyi edəcəyi artıq bəllidir. Çünki bu, FİFA tərəfindən son müraciət tarixi kimi qoyulan 2023-cü il oktyabrın 31-dək təklif təqdim edən yeganə ölkədir.

Bu isə Avropanın bir çox ölkələrinin futbol liqalarının sözügedən qurumdan narazılığına gətirib çıxarıb.
 

Buna səbəb dünya çempionatının 2022-ci ildə Qətərdə olduğu kimi Səudiyyə Ərəbistanda da qış aylarına təsadüf edəcəyidir. Aparıcı liqalar hesab edirlər ki, turnirin qışda keçirilməsi uzun fasilə ilə nəticələnəcək və qlobal futbol təqvimini daha da pozacaq. 


Qeyd olunur ki, Səudiyyə Ərəbistanın ev sahibi kimi seçilməsi "yanlış" kimi qiymətləndirilib və klub matçlarının fasilələrini azaltmaq naminə yeni təqvim yaratmaq üçün artıq FİFA-ya təzyiq göstərilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin