Keçmiş boksçu Floyd Meyvezerə Londonda alış-veriş edərkən hücum edilib.
Bizim.Media xəbər verir ki, hadisə Hatton-Gardendə zərgərlik mağazasında olub.
Meyvezer cangüdənləri ilə birgə içəri girdikdən sonra bir çox insan onun arxasınca düşüb.
Mağazadan çıxdıqdan sonra isə naməlum şəxslər veteran boksçuya hücum ediblər.
Cangüdənləri hücumun qarşısını almağı bacarıblar. Hadisənin səbəbi kimi Meyvezerin Fələstin-İsrail münaqişəsi ilə bağlı mövqeyi göstərilir.
Hücumu telefonla çəkən bir nəfər isə iddia edir ki, Floyd bir neçə zərbə alıb, amma cavab olaraq vurmağa çalışmayıb.
Bizim.Media