"Mançester Siti"nin 2 futbolçusu zədədən QAYITDI

Hazırda oxunan: "Mançester Siti"nin 2 futbolçusu zədədən QAYITDI

224690

"Mançester Siti"nin 2 futbolçusu zədədən qayıdıb. 

Bizim.Media xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb. 
 

Fil Foden və Mateo Kovaçiç Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda keçiriləcək "Yuventus"a qarşı oyundan əvvəl məşqdə iştirak ediblər. Onların yaxın zamanda yaşıl meydanlara qayıdacaqları gözlənilir. 


Qeyd edək ki, Fil Foden dekabrın 1-də "Liverpul"la matçdan (0:2) sonra, Mateo Kovaçiç isə noyabrın 9-da "Brayton"la görüşdən (1:2) sonra "Mançester Siti"nin heyətində oyuna çıxmayıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin