Azərbaycanlı futbolçu “Dinamo”da DEBÜT ETDİ

Hazırda oxunan: Azərbaycanlı futbolçu “Dinamo”da DEBÜT ETDİ

224688

Gürcüstanda doğulan, əslən azərbaycanlı olan Yusuf Mehtiyev Tbilisi "Dinamo"sunun heyətində debüt edib. 

Bizim.Media xəbər verir ki, 18 yaşlı hücumçu Tbilisi klubunun heyətində Gürcüstan çempionatının son turunun "Qaqra" ilə oyununda start heyətində meydana çıxıb.

Qarşılaşma "Qaqra"nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Mehtiyev fasilədə əvəzlənib. Bbu matç mövsümün son görüşü olub.

Qeyd edək ki, "Dinamo" mövsümü 7-ci pillədə başa vurub. Gürcüstan çempionu isə "İberiya" olub. Əlavə edək ki, Yusufun "Dinamo" ilə müqavilə müddəti 2027-ci il yanvarın 30-na qədərdir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin