"Barselona" üçün ŞAD XƏBƏR

Hazırda oxunan: "Barselona" üçün ŞAD XƏBƏR

224666

"Barselona"nın futbolçusu Ronald Arauxo zədədən bərpa olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
 

25 yaşlı uruqvaylı müdafiəçi Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda keçiriləcək "Borussiya"ya qarşı matçın iştirak heyətinə əlavə edilib. O, oyunun gedişatından asılı olaraq bu mövsüm "Barselona"nın heyətində ilk oyununa çıxa bilər.


Qeyd edək ki, Ronald Arauxo bu yay zədələnib və bu mövsüm klubunun heç bir oyununda iştirak etməyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin