“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo La Liqanın 16-cı turunun “Betis”lə oyununda (2:2) dişini itirib.
Bizim.Media “Mundo Deportivo”ya istinadən xəbər verir ki, rəqib futbolçusu Sergi Altmira ilə toqquşduqdan sonra ispaniyalı oyunçunun qabaq dişi qırılıb.
Dişi yerə düşən Olmo daha sonra onu meydandan tapıb.
Qeyd edək ki, 27 yaşlı vinger bu mövsüm bütün yarışlarda 12 matçda iştirak edib, 6 qol vurub.
Bizim.Media