Avtomobil qəzası keçirən "Vest Hem"in hücumçusu Maykl Antonio əməliyyat olunub.
Bizim.Media xəbər verir ki, o, Londondakı klinikalardan birində ayağından cərrah müdaxiləsinə məruz qalıb.
34 yaşlı futbolçunun təxminən 1 il yaşıl meydanlardan kənarda qalacağı bildirilib. Artıq Mayklın özünə gəldiyi və danışa bildiyiaçıqlanıb.
Qeyd edək ki, Antonio 2 gün əvvəl ağır qəza keçirib. O, helikopter vasitəsilə xəstəxanaya çatdırılıb.
Rəşad Rafiqoğlu, Bizim.Media