"Sabah"ın futbolçusu Pavol Safranko oyun zamanı ayağına xəsarət yetirdiyi "Turan Tovuz"un futbolçusu Denis Marandiçini ziyarət edib.
Bizim.Media xəbər verir ki, Azərbaycan kubokunun 1/8 final mərhələsində keçirilən “Turan Tovuz” - “Sabah” oyunu zamanı sözügedən futbolçuların top uğrunda mübarizəsi zamanı Marandiçinin ayağı qırılıb.
Slovakiyalı hücumçunun qüvvətli zərbəsi topa deyil, Marandiçinin arxadan topuq nahiyəsinə dəyib.
Safranko Marandiçini xəstəxanada ziyatət edib. O, bununla bağlı şəkli öz İnstaqram hesabında paylaşıb və yazıb: "Sənə tez sağalmağı arzulayıram, döyüşçü".
Qeyd edək ki, Denis Marandiçi bir neçə gün əvvəl əməliyyat olunub. O, bir neçə ay meydana çıxa bilməyəcək.
Bizim.Media