“Şamaxı” klubunda daha bir futbolçu ilə yollar ayrılıb.
Bizim.Media xəbər verir ki, kapitan Adil Nağıyevlə müqavilə birtərəfli qaydada ləğv olunub.
Bunun səbəbi futbolçunun məşq zamanı komanda yoldaşları ilə dalaşmasıdır.
Qeyd edək ki, daha öncə eyni səbəbdən komandanı gürcüstanlı legioner Georgi Kantariya tərk edib.
Rəşad Rafiqoğlu, Bizim.Media