Azərbaycan yığmasının futbolçusu Coşqun Diniyev Türkiyə 1-ci Liqasında qırmızı vərəqə ilə cəzalandırılıb.
Bizim.Media xəbər verir ki, o, "Bandırmaspor"un "İğdır"la görüşündə komandasını azlıqda qoyub.
15-ci tur çərçivəsində keçirilən qarşılaşma Bandırma təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Diniyev 67-ci və 84-cü dəqiqələrdə iki sarı vərəqə alaraq, meydanı vaxtından əvvəl tərk edib.
Qeyd edək ki, 31 xal toplayan "Bandırmaspor" lider "Kocaelispor"dan 1 xal geri qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media