“Qarabağ” xal itirdi - VİDEO

Hazırda oxunan: “Qarabağ” xal itirdi - VİDEO

224195

Misli Premyer Liqasında XVI turun növbəti oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, son çempion “Qarabağ” səfərdə “Sabah”la qarşılaşıb.

Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib.

Rəqiblərindən bir oyun az keçirən Ağdam klubu 38 xalla 2-ci sırada qərarlaşıb. “Bayquşlar” isə 23 xalla 5-ci pillədədir.

Günün ilk qarşılaşmasında “Səbail” və “Araz-Naxçıvan” komandaları üz-üzə gəliblər.

“ASCO Arena”da keçirilən görüş Naxçıvan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra qonaqlar 39 xalla liderliyə yüksəlib, meydan sahibləri isə 8 xalla sonuncu – 10-cu pillədə qalıb.

Qeyd edək ki, XVI turun digər görüşləri dekabrın 8-i və 9-da reallaşacaq.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin