"Haypers Quba"ya texniki məğlubiyyət verildi

Hazırda oxunan: "Haypers Quba"ya texniki məğlubiyyət verildi

224177

Azərbaycan 2-ci Liqasının təmsilçisi "Haypers Quba" cəzalandırılıb.

Bizim.Media PFL-in saytına istinadən xəbər verir ki, bu barədə qərar bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında verilib.

Turnirin 11-ci turunda keçirilən “Dinamo” – “Haypers Quba” matçının 80-ci dəqiqəsində qonaq komandanın heyətində adı matçın protokolunda olmayan 17 nömrəli futbolçu Nail Təhməzli oyuna daxil olub.

Bu səbəbdən “Haypers Quba”ya texniki məğlubiyyət verilib (hesab 4:1 saxlanılır) və 400 manat cərimə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin