"Qarabağ" klubu daha bir futbolçusu ilə yeni müqavilə imzalayıb.
Bizim.Media klubun rəsmi saytına istinadla xəbər verir ki, Ağdam təmsilçisi müdafiəçi Bədavi Hüseynovun sözləşməsinin müddətini 2 il uzadıb.
MÖVZU İLƏ BAĞLI:
“Qarabağ” “Səbail” ilə görüşdə 2 xal itirdi
Otuz yaşlı oyunçu "köhlən atlar"ın heyətində 7 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb.
Qeyd edək ki, "Qarabağ" daha əvvəl kapitanı Maksim Medvedevlə ikiillik müqavilə bağlayıb.
Bizim.Media