Məşhur tennisçi dopinqə görə menecerini QOVDU

Hazırda oxunan: Məşhur tennisçi dopinqə görə menecerini QOVDU

223700

Polşalı tennisçi İqa Şvyontek dopinq qalmaqalından sonra PR menecerini işdən azad edib.

Bizim.Media xəbər verir ki, tennisçi ilə 4 il əməkdaşlıq edən Paula Voliçka vəzifəsini tərk edəcək, onun yerinə Daria Sulqostovska gələcək.

“İqa ilə 4 illik əməkdaşlıq idman həvəskarı üçün unudulmaz idi. Həqiqətən də bu, mənim üçün unikal peşə təcrübəsi oldu. Mən İqaya və bütün komandaya gələcək fəaliyyətlərində uğurlar arzulayıram”, – deyə Voliçka qeyd edib.

Xatırladaq ki, keçən həftə Şvyontekin dopinq testinin müsbət olduğu məlum olub. Polşalı tennisçinin orqanizmində trimetazidin tapılıb. Rəsmi versiyaya görə, maddənin mənbəyi çirklənmiş dərmandır.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin