Berezutski Premyer Liqanın tarixinə bu cür düşdü

Hazırda oxunan: Berezutski Premyer Liqanın tarixinə bu cür düşdü

223434

Misli Premyer Liqasının 15-ci turu daha bir legioner baş məşqçinin debütü ilə əlamətdar olub.

Bizim.Media PFL-in saytına istinadən xəbər verir ki, Vasili Berezutski “Sabah”da debüt edib.
 

Rusiyalı mütəxəssisin baş məşqçisi olduğu komanda “Səbail”ə 1:0 hesabı ilə qalib gəlib.


Berezutski Azərbaycan çempionatları tarixində 65-ci legioner baş məşqçi olub. Onadək 64 əcnəbi baş məşqçi və ya bu vəzifənin müvəqqəti icraçısı kimi komandasını meydana çıxarıb.

Berezutski Premyer Liqada 5-ci rusiyalı baş məşqçidir. Ona qədər Sergey Yuran “Simurq”da, Yuri Syomin “Qəbələ”də, Murad Musayev “Sabah”da çalışıbsa, Kurban Berdıyev hazırda “Turan Tovuz”a rəhbərlik edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin