"Qarabağ" futbol akademiyasının sabiq koordinatoru Önder Karaveli klubun bazasını ziyarət edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Türkiyəli mütəxəssis klubun baş direktoru Emrah Çelikellə görüşüb. Ona "Qarabağ"ın formasını hədiyyə edilib. Türkiyənin bir sıra klublarında, o cümlədən “Beşiktaş” və “Trabzonspor”da çalışmış mütəxəssis fikirlərini "Qarabağ"ın rəsmi saytına açıqlayıb:
“Türkiyədə yaşasam da, özümü hər zaman "Qarabağ" ailəsinin bir parçası hiss etmişəm. Bu klubda, onun akademiyasında çalışmışam. “Qarabağ”da çox gözəl günlər keçirmişəm. O zamandan bu klub mənim üçün çox dəyərlidir. Türkiyədə yaşamağıma baxmayaraq, “Qarabağ”ı Azərbaycandakı komandam hesab edirəm. Yenidən burada olduğum üçün çox şadam.
“Qarabağ”ın həm ölkədə, həm Avropada əldə etdiyi nailiyyətlər hamımızı çox qürurlandırır.
Qurban Qurbanova böyük hörmətim var. Onunla burada da, Türkiyənin Antalya şəhərində də dəfələrlə görüşüb danışmışıq. “Qarabağ”ın gördüyü işlər çox qiymətlidir. Bu klubun idarəçiliyi, təşkilatçılığı örnək olunacaq səviyyədədir. Türkiyədə bir çox komanda avrokubokların qrup mərhələsinə düşməkdə çətinlik çəkirsə, “Qarabağ” hər il bu uğura imza atır. Ümid edirəm ki, qarşıdakı illərdə Azərbaycan futbolu da irəliləyişə nail olar. Öz akademiyası, öz təşkilatçılığı, idarəçiliyi, öz əsas komandası ilə nümunə sayılan “Qarabağ”in bunun lokomotivi olacağını düşünürəm”.
Qeyd edək ki, Karaveli 2020-ci ilin yanvarından 2021-ci ilin yayına qədər "Qarabağ"da çalışıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
22:33 / 02.12.2024
Önder Karaveli "Qarabağ"ı ziyarət etdi
Hazırda oxunan: Önder Karaveli "Qarabağ"ı ziyarət etdi
Hazırda oxunan: Önder Karaveli "Qarabağ"ı ziyarət etdi
223418
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.