Millimizin üzvü Türkiyə və Rusiya klublarından təklif aldı

Hazırda oxunan: Millimizin üzvü Türkiyə və Rusiya klublarından təklif aldı

223409

Azərbaycan milli komandasının və "Eqnatiya"nın müdafiəçisi Zamiq Əliyev qışda karyerasında dəyişiklik edə bilər.

Bizim.Media xəbər verir ki, milli komandamızın üzvünə Rusiya, Ukrayna və Rumıniya yüksək liqalarında yarışan klublardan maraq var.
 

Portuqaliyanın "Eştrela Amadora" klubunun transfer siyahısında yer almış Zamiqin meneceri hazırda bu məsələlərlə məşğuldur.


Maliyyə məsələlərinə görə yayda Portuqaliya klubuna keçidi baş tutmayan Əliyevin Rumıniyaya yollanmağa daha yaxın olduğu iddia edilir. 23 yaşlı futbolçu 2024-cü il iyulun 1-də “Eqnatiya”ya keçib.

O, 2027-ci il iyunun 30-na qədər Albaniya klubuna məxsusdur.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin