"Neftçi" heyətini daha bir amerikalı basketbolçu ilə gücləndirib.
Bizim.Media xəbər verir ki, Bakı təmsilçisi Polayt Edvard Leonu rənglərinə bağlayıb.
198 sm boya malik oyunçu ilə mövsümün sonunadək rəsmi müqavilə imzalanıb.
Qeyd edək ki, bu, “ağ-qaralar”ın fasilədən sonra 3-cü transferi olub. Ona qədər “Neftçi” Derrel Camal Brentli və De Ancelo Uilyam Stüartla güclənib.
Əvəzində Kevion Bleylok, Ayzeya Lyuis, Alonzo Kempbel, Broderik Robinson və Bobi Harvini yola salınıb.
Rəşad Rafiqoğlu, Bizim.Media