Bir ay oynamayacaq

Hazırda oxunan: Bir ay oynamayacaq

223392

Türkiyə Superliqasının 14-cü turunda “Eyüpspor”la oyunda zədələnən “Qalatasaray”ın futbolçusu Abdülkərim Bardakcının durumu açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

30 yaşlı müdafiəçinin sol ayaq biləyindəki sümüklərdə ödəm və ayaq biləyi bağlarında gərilmə aşkarlanıb. Türkiyə mətbuatı futbolçunun 1 ay yaşıl meydanlardan kənarda qalacağını yazıb. Bu halda o, "Trabzonspor", "Sivasspor", "Kayserispor", Superliqa, "Malmö" (İsveç) ilə isə Avropa Liqası matçını buraxacaq.

Qeyd edək ki, Bardakçı bu mövsüm "Qalatasaray"da ümumilikdə 20 oyuna çıxıb. 2 qol vurub və 2 qol ötürməsi edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin