Bu gün Azərbaycan Basketbol Liqasında IV tura yekun vurulub.
Bizim.Media xəbər verir ki, A və B qrupunun daha 1 oyunu baş tutub. Günün ilk oyununda "Sərhədçi" "Neftçi" ilə qarşılaşıb.
Mövsümə start verən "ağ-qaralar" ilk qələbə qazanmağa çalışıblar. Amma onların cəhdi uğursuz olub. "Gəncə" isə doğma azarkeşlər qarşısında qələbə seriyasını davam etdirib. Qərb təmsilçisi "Şəki" ilə görüşdə geridönüş ediblər. Meydan sahibləri 3 xal fərqi ilə qalib gəliblər.
Qeyd edək ki, turun açılış matçında “Naxçıvan” səfərdə “Abşeron”a 72:68 hesabı ilə qalib gəlib.
“Lənkəran” doğma meydanda “Ordu”ya 55:92 hesabı ilə uduzub. "Sabah" NTD-yə 110:86, "Quba" isə "Sumqayıt"ı 97:83 hesabı ilə məğlub edib.
Azərbaycan Basketbol Liqası
IV tur
A qrupu
30 noyabr
12:00. “Sərhədçi” – "Neftçi - 84:77 (19:7, 23:16, 29:35, 13:19)
Abşeron OİK
B qrupu
14:00. “Gəncə” – “Şəki” - 78:75 (14:18, 16:27, 22:11, 26:19)
Gəncə OİK
Rəşad Rafiqoğlu, Bizim.Media