Cüdo üzrə Olimpiya, dünya və Avropa mükafatçısı Elmar Qasımov karyerasını bərpa edib.
Bizim.Media xəbər verir ki, Prosport.az-ın yazdığına görə, tanınmış cüdoçu sabah Azərbaycan çempionatında qayıdışını rəsmiləşdirəcək.
34 yaşlı, "Halk" ləqəbli idmançı "Atilla" İdman Klubunu təmsil edəcək. O, 1/8 finalda İlkin Baxşəliyevlə qarşılaşacaq. Qeyd edək ki, Elmar Qasımov ötən ilin fevralın 27-də Azərbaycan Cüdo Federasiyasının saytına açıqlamasında karyerasını bitirdiyini açıqlamışdı.
O, 2009-cu ildə Ermənistanın paytaxtı İrəvanda keçirilmiş gənclərin Avropa çempionatında bayrağımızı qaldırması ilə tanınıb. Həmçinin, 2016-cı ildə Braziliyada keçirilən Olimpiadanın finalçısı olub.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
21:48 / 29.11.2024
Məşhur cüdoçumuz karyerasını bərpa etdi
Hazırda oxunan: Məşhur cüdoçumuz karyerasını bərpa etdi
Hazırda oxunan: Məşhur cüdoçumuz karyerasını bərpa etdi
223012
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.