Mayın 24-də Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da qatıldıqları “Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsinin - “The FTX Crypto Cup” turnirinin altıncı turunun partiyaları oynanılıb.
Bizim.Media xəbər verir ki, günün ilk qarşılaşmasında şahmatçılarımız üz-üzə gəliblər.
Qarşılaşmada heç-heçə qeydə alınıb. Sonrakı turda T.Rəcəbov rusiyalı Yan Nepomnyaşiyə qalib gəlib, ABŞ təmsilçisi Uesli So, fransalı Maksim Vaşye-Laqrav ilə heç-heçə edib.
Günün son turunda argentinalı A.Piçot üzərində qələbə qazanan şahmatçımız xalların sayını 6,5-ə çatdıraraq turnir cədvəlində liderliyi ələ keçirib.
Ş.Məmmədyarov isə 7-ci turda ermənistanlı Levon Aronyanı, daha sonra rusiyalı Yan Nepomnyaşini məğlubiyyətə uğradıb.
Doqquzuncu turda ABŞ təmsilçisi Uesli So ilə heç-heçə edən Ş.Məmmədyarov günün son qarşılaşmasında fransalı Maksim Vaşye-Laqravı məğlub edib. Şahmatçımız 5 xalla 10-cu sıradadır.
“The FTX Crypto Cup” turnirinin təsnifat mərhələsində 16 şahmatçı iştirak edir. Üç gün davam edəcək ilkin mərhələnin yekunlarına görə, pley-offda mübarizə aparacaq 8 şahmatçı müəyyənləşəcək.
“Champions Chess Tour” onlayn şahmat seriyası 10 turnirdən ibarətdir.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:08 / 25.05.2021
Teymur Rəcəbov turnir cədvəlində liderliyi ələ keçirdi
Hazırda oxunan: Teymur Rəcəbov turnir cədvəlində liderliyi ələ keçirdi
Hazırda oxunan: Teymur Rəcəbov turnir cədvəlində liderliyi ələ keçirdi
22266
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.